21 Yanvar 2022
Mətni dəyiş
Dünyada cinayətin ən yüksək olduğu ölkələrdən biri olan Meksikada ötən il 33 min 308 qətl hadisəsi törədilib.
Meksika rəsmilərinin məlumatına görə, 2021-ci ildə qətllərin sayı keçən illə müqayisədə 3,6 faiz azalıb. 2019-cu ildə ölkədə qətllərin sayı 34 690-a yüksəlməklə bu sahədə mənfi rekord qırılıb.
Daxili işlər naziri Rosa İsela Rodrigez bildirib ki, 2021-ci ildə ümumi qətllərin 50 faizi ölkə daxilində 32 ştatdan 6-da törədilib.
Euronews-un xəbərinə görə, keçmiş prezident Felipe Kalderonun Meksikada narkobaronlara qarşı müharibə elan etdiyi 2006-cı ildən bu yana ölkədə törədilən qətllərdə ölənlərin sayı 340 minə çatıb.
Meksikada itkin düşənlərin sayının 95 minə yaxın olduğu təxmin edilir.
Yüksək cinayət nisbətinə baxmayaraq, Meksika dünyanın ən çox ziyarət edilən ölkələri arasında 7-ci yerdədir.
2019-cu ilin rəqəmlərinə görə, Meksikaya 45 milyon turist gəlib.