Maltalı deputat Roberta Metsola Avropa Parlamentinin yeni prezidenti seçilib

Maltalı deputat Roberta Metsola Avropa Parlamentinin yeni prezidenti seçilib
18 Yanvar 2022
Mətni dəyiş
Avropa Parlamentinin yeni prezidenti Maltadan olan deputat, 42 yaşlı Roberta Metsoladır. O, bu posta ötən həftə vəfat edən David Sassolidən sonra seçilib. Roberta Metsola 458 səsin mütləq əksəriyyətini qazanıb. Bundan əvvəl o, sədrin birinci müavini vəzifəsində çalışıb. Onun sədr postuna namizədliyini Avropa Xalq Partiyası irəli sürüb. Maltadan olan sağçı EPP qrupunun üzvü Metsola ispaniyalı Sira Reqo (radikal sol), polşalı Kosma Zlotovski (ECR, Eurosceptics) və isveçli Alisa Bah Kunke (Yaşıllar) ilə birlikdə bu vəzifəyə dörd namizəddən biri idi. Alisa 101, Sira isə 58 səs qazanaraq ən yaxın namizəd olub. Metsola 2013-cü ildən Avropa Parlamentinin deputatı və 2020-ci ildən Parlamentin vitse-prezidentidir. Lakin dörd uşaq anası abortun tamamilə qadağan edildiyi sonuncu Aİ ölkəsi olan Maltada abort əleyhinə fikirlərinə görə bəzi həmkarlarının tənqidinə məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun