22 Yanvar 2022
Mətni dəyiş
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Ukrayna-Rusiya böhranı ilə bağlı Cenevrədə bir araya gəlib.
Rusiyanın xarici işlər naziri Lavrov amerikalı həmkarı ilə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın Ukraynaya girməyə hazırlaşması iddialarının əksinə olaraq ölkəsinin Ukraynaya hücum etməyəcəyini dəfələrlə bəyan etdiyini söyləyib.
Sputnik-in məlumatına görə, Lavrov Qərb ölkələrinin “Rusiya Ukraynaya hücum edəcək” bəyanatlarının Ukrayna hökumətini hərbi cəhətdən həvəsləndirmək və Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməməsini ört-basdır etmək məqsədi daşıdığına inandıqlarını bildirib.
Rusiya xarici işlər naziri həmçinin qeyd edib ki, Ukraynaya silah və Qərb hərbi ekspertlərinin göndərilməsindən narahatdırlar. Lavrov NATO-nun Rusiyaya qarşı fəaliyyət göstərdiyi üçün Alyansın şərqə doğru genişlənməsinin əleyhinə olduqlarını da bildirib.
“Bu blok (NATO) SSRİ-yə qarşı yaradılıb, indi isə Rusiyaya qarşı fəaliyyət göstərir” deyən Rusiya XİN rəhbəri vurğulayıb ki, NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması Rusiya üçün “geriyə yolu olmayan fundamental məsələdir”.