KTMT: Qazaxıstan dövlət çevrilişinin qarşısını aldı

KTMT: Qazaxıstan dövlət çevrilişinin qarşısını aldı
10 Yanvar 2022
Mətni dəyiş

Bazar ertəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri liderlərinin onlayn görüşü Qazaxıstandakı hadisələrin xarici qüvvələr tərəfindən hazırlanmış düşmənçilik aktı olması barədə ölkə hakimiyyətinin bəyanatlarını təsdiqləyib.

Qazaxıstanın dövlət başçısı Tokayev təkrar edib ki, ölkəyə xaricdə hazırlanmış 20 min yaraqlı hücum edib. O əmindir ki, hakimiyyəti ələ keçirmək məqsədilə onları xaricdə hazırlayıblar.

Belarus lideri Lukaşenko daha açıq olub və bildirib ki, Qazaxıstanda baş verən hadisələrin arxasında Qərb dayanır. O, Özbəkistan və Tacikistan hakimiyyətlərinə xəbərdarlıq edib ki, növbəti iğtişaşları onların ölkələri gözləyir.

Rusiya prezidenti də eyni ruhda çıxış edib, Ukraynada baş verən hadisələrlə paralellər aparıb, Qazaxıstan hadisələrində "Maydan ssenarisi"ni  gördüyünü deyib.

Tacikistan prezidenti Emomali Rahmon Lukaşenko ilə razılaşaraq bildirib ki, Tacikistan və Özbəkistan sərhədlərindəki düşərgələrdə 6 min yaraqlı var.

Ümumilikdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin liderləri xarici müdaxiləyə qarşı mübarizə məqsədilə əməkdaşlığın təkmilləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun