Kanadada peyvənd olunmayanlara əlavə vergi qoyulub

Kanadada peyvənd olunmayanlara əlavə vergi qoyulub
12 Yanvar 2022
Mətni dəyiş
Yoluxma və ölüm hallarının artdığı Kanadanın Kvebek əyalətində peyvənd olunmayanlar sağlamlıq vergisi ödəyəcəklər. Kanadanın Kvebek əyalətində koronavirusa qarşı peyvənd olmayanların sağlamlıq vergisi ödəyəcəkləri açıqlanıb. Qərarı mətbuat konfransında açıqlayan Kvebek Baş naziri Fransua Leqo hələlik vergi məbləğini müəyyən etmədiklərini, lakin yüksək məbləğin ödəniləcəyini bildirib. “Peyvənd olmayanlar maddi yükə çevriliblər” Qərarın nə vaxt qüvvəyə minəcəyini açıqlamayan Leqo deyib ki, Kvebekdə əhalinin təxminən 10 faizi hələ peyvənd olunmayıb. Bu, əyalətdə qalan hər kəs üçün maliyyə yükü yaradır. Belə bir addımın fədakarlıq edən 90 faiz qarşısında borcumuz olduğunu düşünürəm. Bölgədə yoluxma sayı artır Kanadada koronavirus xəstəliyi nəticəsində ən çox ölümün müşahidə edildiyi əyalət Kvebek olub. Son vaxtlar ştatda yoluxma hallarının sayında artım müşahidə olunur. Rəsmilər son 24 saatda 8,710 hadisənin görüldüyünü və müsbət koronavirus testlərinin nisbətinin 20 faizə yüksəldiyini açıqlayıb. Ölüm halları 12 mini ötüb BBC-nin məlumatına görə, təxminən 8 milyon əhalisi olan Kvebekdə koronavirusdan ölənlərin sayı indiyədək 12 mini keçib. Kvebekin ən böyük şəhəri olan Monrealda xəstəxanalarda demək olar ki, boş çarpayı olmadığı və koronavirusdan başqa xəstəliklərin müalicəsinin məhdud olduğu bildirilir. Reanimasiyadakıların yarısı peyvənd olmayanlardır Rəsmi məlumatlara görə, Kvebek xəstəxanalarında reanimasiyada olanların təxminən yarısı peyvənd olunmayıb. Ştatda hər gün saat 22:00-dan 05:00-a qədər komendant saatı tətbiq edilir. Keçən həftə Kvebek hökuməti yalnız peyvənd sertifikatı olanların spirtli içkilər və istirahət üçün marixuana satan mağazalara girə biləcəyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun