21 Yanvar 2022
Mətni dəyiş
Fransa prezidenti Emmanuel Makron Strasburqda keçirilən Avropa Parlamenti Baş Assambleyasının sessiyasında ölkəsinin Avropa İttifaqı dövri sədrliyi proqramını təqdim etdikdən sonra dünən yeni seçilən AP sədri Metsola ilə kameralar qarşısına keçib.
Sputnik-in xəbərinə görə, jurnalistlərə günlər əvvəl liderlərin yalnız mətbuata açıqlama verməcəyi, həmçinin mətbuat konfransı keçirəcəkləri barədə məlumat verilib.
Lakin Avropa Parlamentində saatlarla davam edən iclasdan sonra ikilinin mətbuat konfransı keçirəcəyi zala gedən jurnalistlərə suallara cavab verilməyəcəyi bildirilib. Bundan sonra bir çox jurnalist zalı tərk edib.
Metsola təqdim edildikdən sonra Makron AP-nin yeni prezidentini təbrik edib və Baş Assambleya iclasında təqdimatının 4 dəqiqəlik xülasəsini verərək zalı tərk edib.
Makron çıxışda media nümayəndələrinin niyə suallara cavab verilməməsi barədə soruşmasından sonra Parisdə 2021-ci ilin dekabrında böyük mətbuat konfransı keçirdiyini və parlamentdəki şərhlərinə münasibət bildirməyə ehtiyac duymadığını bildirib.
Hadisədən sonra jurnalistlər Twitter-də məsələ ilə bağlı qınama mesajları paylaşıblar.