İtaliya polisi 20 ildir axtarışda olan mafia liderlərindən birini Quql xəritəsinin köməyi ilə tapıb

İtaliya polisi 20 ildir axtarışda olan mafia liderlərindən birini Quql xəritəsinin köməyi ilə tapıb
6 Yanvar 2022
Mətni dəyiş

İtaliya polisi 20 ildir axtarışda olan mafia liderlərindən birini Quql (Google) xəritəsinin köməyi ilə tapıb.  Bu barədə İtaliyada mafia ilə mübarizə aparan xüsusi polis qurumunun (DIA) rəis müavini Nicola Altiero məlumat verib. O bildirib ki, 61 yaşlı mafia lideri Qiochino Qammino 20 ildir axtarışda olasa da, onun izinə əsasən son 2 ildə düşüblər. Belə ki, Quql xəritələrindəki küçə görüntülərinin birində, bir meyvə dükanının yanında Qamminoya bənzəyən şəxs görünüb. Bundan yola çıxan polis detallı araşdırmalara başlayıb və məlum olub ki, axtarılan şəxs İspaniyanın paytaxtı Madriddə gizlənir. Sicilyanın mafia quruplarından birinin rəhbəri olan Qammino 2002-ci ildə Romada yerləşən "Rebibbia" həbsxanasından qaçdıqdan sonra axtarışa verilib. O, insan ölümü ilə nəticələnən cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilibmiş. Madriddə saxta sənədlərlə 20 il yaşamağı bacaran Qammino hazırda İspaniya polisində saxlanılır. Onun fevralda İtaliyaya veriləcəyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun