İspaniya polisi saxta vaksin pasportu satmaq şübhəsi ilə 7 nəfəri həbs edib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxslər 1600 nəfərə saxta vaksin pasportu sataraq onları Beynəlxalq Peyvəndlənmə Siyahısına salıblar və Avropa İttifaqı ərazisində sərbəst hərəkətlərini təmin ediblər.
Bildirilib ki, PCR testləri 50, vaksin pasportları isə 200-1000 avroya satılıb.
Polis qeyd olunub ki, qrupun halında fəaliyyət göstərən şəxslərin 6-sı paytaxt Madriddə, 1-i isə Barselonada saxlanılıb. Ancaq qrupun liderinin Fransada olduğu məlum olub və onun da saxlanılması üçün Fransa tərəfi ilə danışıqlar gedir.
Artıq Avropa İttifaqı ölkələrində saxta vaksin pasportu ilə bağlı cinayət halları artıb. Bundan əvvəl eyni hal İtalyada baş vermişdi və həkimlər həbs olunmuşdu.