İran da daxil olmaqla 8 ölkə borca görə BMT-də səsvermə hüququnu itirib

İran da daxil olmaqla 8 ölkə borca görə BMT-də səsvermə hüququnu itirib
13 Yanvar 2022
Mətni dəyiş

İran, Sudan, Venesuela, Antiqua və Barbuda, Konqo, Qvineya, Papua-Yeni Qvineya və Vanuatu Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlük haqqını ödəmədikləri üçün təşkilatda səsvermə hüquqlarını itiriblər.  Bu barədə BMT-nin sözçüsü Paulina Kubiak məlumat verib. Kubiak bildirib ki, üzvlük haqqını ümumilikdə 11 ölkə gecikdirsə də, hələlik 8 ölkə səsvermə hüququndan məhrum edilib.

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 19-cu maddəsinə əsasən, bir ölkənin təşkilata olan üzvlük borcu son 2 ildə etdiyi ödənişdən çox olarsa, o ölkə Baş Assambleyada səsvermə hüququnu itirir.

Səsvermə hüququnu bərpa etmək üçün İran 18,4 milyon dollar, Venesuela isə 39,8 milyon dollar ödəməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun