İnterpolun rəhbərinə qarşı işgəncə ittihamı ilə yeni iddialar qaldırılıb

İnterpolun rəhbərinə qarşı işgəncə ittihamı ilə yeni iddialar qaldırılıb
19 Yanvar 2022
Mətni dəyiş
Fransada Beynəlxalq Polis Xidməti İnterpolun Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan yeni rəhbəri Əhməd Nasser əl-Rəisiyə qarşı ölkəsində işgəncə etməsi ittihamı ilə yeni cinayət işləri açılıb. BƏƏ-də həbsdə olan hüquq müdafiəçisi Əhməd Mənsurun vəkili Uilyam Burdon universal yurisdiksiya prinsipinə əsaslanaraq Lionda xidmət edəcək Əhməd Nasser əl-Rəisiyə qarşı Fransada iddia qaldırdıqlarını açıqlayıb. Mənsur sosial mediada BƏƏ dövlətinin və liderlərinin statusunu və şəxsiyyətini təhqir etdiyinə görə 10 il həbs cəzasına məhkum edilib. Bu ərizəyə əlavə olaraq Britaniya vətəndaşları Metyu Hedcsin və Əli İsa Əhmədin vəkili Rodni Dikson Paris Məhkəməsinin Müharibə və Bəşəriyyətə Qarşı Cinayətlər Şöbəsinə Əhməd Nasser əl-Rəisiyə qarşı işgəncə ittihamı ilə şikayət edib. Dikson mətbuata açıqlamasında Əhməd Nasser ər-Rəisinin Lionda xidmət edəcəyi üçün Fransa məhkəmələrini vəzifəyə dəvət edib və diplomatik toxunulmazlıq prinsipinin İnterpolun yeni prezidentinə şamil edilməyəcəyi barədə fikirlərini bildirib. Diksonun müdafiəsini üzərinə götürdüyü Hedcsin 2017-ci ildə BƏƏ-də casusluq ittihamı ilə 7 ay həbs cəzasına məhkum edilmiş və bu müddət ərzində işgəncələrə məruz qaldığı barədə şikayət etmişdi. Futbol azarkeşi Əhməd 2019-cu il Asiya Kuboku zamanı BƏƏ-də təhlükəsizlik qüvvələri tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. Bu iki Britaniya vətəndaşı da oktyabr ayında əl-Rəisiyə qarşı cinayət işi qaldırıb. Əl-Rəisi noyabrda İstanbulda keçirilən toplantıda gərgin müzakirələrdən sonra 4 il müddətinə İnterpolun prezidenti seçilib. Beynəlxalq qeyri-hökumət təşkilatları öz ölkəsində Daxili İşlər Nazirliyinin baş müfəttişi vəzifəsində işlədiyi dövrdə siyasi məhbuslara verilən işgəncələrə göz yummaqda ittiham edərək əl-Rəisinin İnterpol rəhbəri postuna namizədliyinə kəskin şəkildə qarşı çıxıblar. BƏƏ Əl-Rəisi ilə bağlı işgəncə iddialarını rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun