İğtişaşlarda Qazaxıstana 215 milyon dollar zərər dəyib

İğtişaşlarda Qazaxıstana 215 milyon dollar zərər dəyib
11 Yanvar 2022
Mətni dəyiş

Qazaxıstanda baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı dəyən zərər yanvarın 10-a kimi 215 milyon dollar təşkil edib. 

Bu barədə "RİA Novosti" sahibkarların “Atameken” milli palatasına istinadən xəbər verir.

Ölkənin doqquz regionunda 1319 biznes subyektinin zərər gördüyü aşkar olunub, onların da əksəriyyəti Almatıdadır. Ən çox zərər görən sahə ticarətdir – 1245. Bundan əlavə, maliyyə sektoru, ictimai iaşə, logistika və KİV də zərər görüb.

Ölkənin dövlət katibi Erlan Karin daha əvvəl hadisələri “hibrid terror hücumu” kimi dəyərləndirib. Onun sözlərinə görə, “yaraqlı”ların məqsədi “vəziyyətin ümumi destabilizasiyası və ola bilsin dövlət çevrilişi” olub. Karin bildirib ki, iğtişaşlar zamanı vəziyyət kritik olub, söhbət “dövlətin bütünlüyünü qorumaqdan” gedib.

Daxili işlər nazirinin müavini və Milli qvardiyanın baş komandanı Ruslan Jaksılıkov tabeçiliyində olan 400-ə yaxın qvardiyaçının yaralandığını açıqlayıb. Bundan əlavə, Milli qvardiyanın 90 ədəd hərbi texnikasına da ziyan dəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun