Həm Türk Dövlətlərinin Təşkilatı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana görə toplanır

Həm Türk Dövlətlərinin Təşkilatı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana görə toplanır
10 Yanvar 2022
Mətni dəyiş

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.

Fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən Ermənistan toplantının tarixini açıqlayıb.

Bununla bərabər, 11 yanvarda Türk Dövlətləri Təşkilatı da Qazaxıstandakı vəziyyətlə əlaqədar toplanacaq.

Bu barədə Qazaxıstan və Türkiyə Xarici İşlər Nazirləri  telefon danışığı zamanı razılığa gəliblər.

Çavuşoğlu Türkiyəyə lazım olan hər cür yardım və dəstək verməyə hazır olduğunu bildirib

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.

Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib. Hələlik ölkədə vəziyyət gərgin olaraq qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun