28 Yanvar 2022
Mətni dəyiş
İnflyasiyanın artması səbəbindən alıcılıq qabiliyyəti azalan təqaüdçülər, məmurlar Fransa daxilində 170 nöqtədə aksiya keçirib.
Paytaxt Parisdə etirazçılar həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlərdə tarixi Bastiliya Meydanından Maliyyə Nazirliyinə doğru yürüş ediblər. Hökumətdən minimum əmək haqqı və sosial müavinətlərin artırılmasını tələb edən nümayişçilər tez-tez prezident Emmanuel Makronu istefaya dəvət ediblər.
Sputnik-in xəbərinə görə, iki həftədir tətil edən müəllimlər və lisey şagirdləri də nümayişə dəstək verib.
Nümayişçilər xüsusilə minimum əmək haqqının, pensiyaların və hökumət tərəfindən verilən ev kirayəsinin köməyi ilə uşaq müavinətlərinin artırılmasını tələb ediblər.