"Europol"dan günahı sübut olunmamış şəxslərə aid məlumatların silinməsi tələb edilib

"Europol"dan günahı sübut olunmamış şəxslərə aid məlumatların silinməsi tələb edilib
11 Yanvar 2022
Mətni dəyiş
Avropa Birliyinin polis şəbəkəsi “Europol”-a hər hansı cinayətə görə məsuliyyət daşımayan şəxslərə aid məlumatları silmək tapşırılıb. Europol ilə aparılan araşdırmada polis qüvvələrinin günahsız vətəndaşlar haqqında məlumat topladığı və saxladığı müəyyən edilib. Agentlikdən məlumatların saxlanma müddəti üçün müəyyən edilmiş təhlükəsizlik standartlarını aşan hallarda bütün informasiyaları silmək tələb olunub. Cinayət tərkibinin sübuta yetirilmədiyi hallarda məlumatlar maksimum altı ay saxlanıla bilər. Avropa Məlumatların Mühafizəsinə Nəzarət qurumu (EDPS) 2019-cu ildə başladılan araşdırma nəticəsində alınan qərardan sonra əmrin yanvarın 3-də “Europol”-a göndərildiyini açıqlayıb. EDPS xatırladıb ki, iki il əvvəl Europol fərdlərin fundamental hüquqlarına təhlükə yaradan böyük həcmli məlumatların saxlanmasına görə tənbeh edilib. Nəzarət orqanı vurğulayıb ki, o vaxtdan bəri Europol bəzi tədbirlər həyata keçirib, lakin məlumatların mühafizəsinin müddəti ilə bağlı tələbləri yerinə yetirməyib. “Bu o deməkdir ki, Europol məlumatları lazım olduğundan daha çox gizlədir”, - EDPS-in bəyanatında deyilir. Yanvarın 3-dən etibarən polis təşkilatının vaxtı keçmiş və silinməmiş məlumatları məhv etmək üçün 12 ay vaxtı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun