Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verib.
İstefanı prezidentin özü açıqlayıb.
Armen Sarkisyan deyib ki, ölkə formal olaraq prezident respublikası olsa da, iş praktikaya gələndə aydın olur ki, prezidentin preoseslərə təsir etmək üçün yetərli alətləri yoxdur.
Ermənistan prezidenti bildirib ki, o, sırf ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərə bilmədiyi üçün istefa verir.
Ermənistan Konstitusiyasına əsasən, növbədənkənar prezident seçkilərinə qədər dövlət başçısının səlahiyyətlərini Milli Məclisin spikeri Alen Simonyan icra edəcək.
Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serj Sarqsyan tərəfindən irəli sürülmüşdü.