Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev çıxardıb. Hökmə əsasən, Z.Sultanovun bankda olan 600 min avro nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.
Prokuror çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Sultanov ötən il Dövlət Təhlükəsizlik Xdimətinin əməkdaşları tərəfindən saxlanılılıb, daha sonra ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.