ABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək göstərişini verib.
Bu barədə Departamentin məlumatında qeyd olunur.
Göstəriş Rusiyanın hücum əməliyyatları təhlükəsi ilə əlaqədardır. Ancaq səfirlər və ümumilikdə diplomatik korpus hələlik paytaxt Kiyevdə qalacaq.
Bundan əvvəl isə ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti yazmışdı ki, Rusiya Ukraynadakı diplomatik korpusunun bir çox əməkdaşlarını ölkədən çıxarır. Qəzet ukraynalı rəsmilərə istinadən xəbər verirdi ki, bu addım ya propoqanda xarakterlidir, ya da hansısa hücuma hazırlıq gedir.
Ancaq Rəsmi Kiyev Rusiya Xarici İşlər Nazirliyindən bununla bağlı məlumat almadığını bildirmişdi.