Demokratiya 1918 Hərəkatının üzvü Cəlil Zabidovun polislər tərəfindən saxlanıldığı deyilir.
Bu barədə məlumatı hətəkatın təşkilat komitəsinin sədri Afiəddin Məmmədov yayıb. Məmmədov bildirib ki, hərəkatın Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidov polis tərəfindən saxlanılıb.
"Onu saxlayan polis "rəis müavini" kimi özünü tanıdan Vüqar Bəhmənov Cəlil Zabidovu 99-PK-463 markalı avtomobilinə mindirərək, aparıb. Aparıldığı dəqiq yer hələki məlum deyil, böyük ehtimalla polis şöbəsindədir", - deyə o, qeyd edib.
Bundan əvvəl isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Müsavat partiyasının üzvləri sosial şəbəkələrdə yazdıqları fikirlərə görə polis və prokurorluq orqanlarını çağırılıb, proflaktiki söhbətlərə cəlb edilmişdilər.
Azərbaycan Vətəndaş Cəmiyyətinin üzvləri isə bu çağırılma və saxlanılmaların qanunsuz olduğunu, siyasi fəlların susdurulması məqsədini güddüyünü deyirlər.
Hələlik Cəlil Zabidovun saxlanılması ilə bağlı rəsmi açıqlama yoxdur.