24 Yanvar 2022
Mətni dəyiş
Böyük Britaniyanın Baş naziri Boris Conson keçmiş nazirin müsəlman olduğu üçün işdən çıxarılması ilə bağlı iddiaları araşdırmağa çağırıb.
"Baş nazir Nazirlər Kabinetindən millət vəkili Nüsrət Qaninin iddiaları ilə bağlı araşdırma aparmağı xahiş edib", - baş nazirin ofisinin bəyanatında deyilir.
Qani isə öz paylaşımında bildirib ki, tək istəyi məsələnin ciddiyə alınması və araşdırılmasıdır. O, baş nazirin qərarını alqışlayıb.
İnancına görə vəzifəsindən kənarlaşdırılıbmı?
Mühafizəkarlar Partiyasından Nüsrət Qani iddia edib ki, İslamı qəbul etməsi həmkarlarını narahat etdiyi üçün aviasiya və dəniz nəqliyyatı üzrə dövlət naziri vəzifəsindən azad edilib.
Qani “The Sunday Times”-a deyib ki, baş nazirlikdəki görüşdə partiya qrup liderlərindən biri ona “müsəlman olmasının gündəmə gətirildiyini” söyləyib.
Baş nazirlikdən verilən açıqlamada Consonun Qənidən 2020-ci ildə Mühafizəkarlar Partiyasına rəsmi şikayət ərizəsi verməsini istədiyi, lakin millət vəkilinin bunu etmədiyi qeyd edilib.
Qani isə məsələnin Mühafizəkarlar Partiyasından çox hökumətə aid olduğunu, ona görə də hökumət çərçivəsində araşdırma aparılmasının vacibliyini vurğulayıb.
Sabiq nazirin açıqlamaları Mühafizəkarlar Partiyasında islamofobiya iddialarını yenidən gündəmə gətirib.
Qani 2018-ci ilin yanvarında Tereza Mey baş nazirliyi dövründə nazir təyin edilib və 12 dekabr 2019-cu il seçkilərində Conson təkbaşına hakimiyyətə gəldikdən bir neçə ay sonra kabinetdən kənarda qalıb.