22 Yanvar 2022
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası yekdilliklə yəhudi soyqırımı olan Holokostun inkarını və təhrifini pisləyən qətnamə qəbul edib.
BMT bu qərarla üzv dövlətləri soyqırımla bağlı təhsil proqramları hazırlamağa və sosial media platformalarında aktiv tədbirlər görməyə çağırıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-nin qətnaməsi ilə bağlı birgə açıqlama verərək deyib: “Həmkarım Yair Lapid və mən BMT-nin Holokostun inkarı və təhrifi ilə bağlı qətnaməsinin bu gün qəbul edilməsini alqışlayırıq”.
BMT-nin qətnaməsində inkar və təhrif fəaliyyətləri, “soyqırımın təsirini minimuma endirmək və ya bəhanə gətirmək üçün beynəlxalq səylər, soyqırımda həyatını itirənlərin sayını azaltmaq üçün səylər, ö soyqırımlarına səbəb olduqları üçün yəhudiləri günahlandırma cəhdləri və soyqırımın müsbət tarixi hadisə kimi göstərilməsi səyləri” yer alıb.