BMT Əfqanıstan üçün 5 milyard dollarlıq yardım kampaniyası başladıb

BMT Əfqanıstan üçün 5 milyard dollarlıq yardım kampaniyası başladıb
11 Yanvar 2022
Mətni dəyiş
Çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının rəsmiləri Əfqanıstan üçün 5 milyard ABŞ dolları (4,4 milyard avro) məbləğində maliyyə yardımı çağırışının başladığını elan ediblər. Qurum bu addımın ölkədə əsas xidmətlərin çökməsinin qarşısını almağa kömək edəcəyinə ümid edir. BMT bildirib ki, keçən il Taliban hakimiyyəti ələ keçirdikdən sonra 22 milyona yaxın insan ölkə daxilində yardıma möhtac qalıb, daha 5,7 milyon insan isə sərhədlərdən kənarda yardıma ehtiyac duyur. Təşkilat müraciəti bir ölkə üçün humanitar yardım məqsədilə edilən ən böyük çağırış adlandırıb. Cenevrədə müraciəti açıqlayan BMT-nin Fövqəladə Yardım Koordinatoru Martin Qriffits müdaxilə planına əsasən, ölkənin de-fakto hakimiyyət orqanlarının əvəzinə, səhiyyə işçiləri kimi vacib çalışanlara maaş ödəmək üçün 4,4 milyard dollar (3,9 milyard avro) lazım olduğunu söyləyib. O, bunun "gərəkli məbləğdən üç dəfə çox olduğunu və əslində vəsaitin 2021-ci ildə yığıldığını" əlavə edib. Qriffits çağırışı “tamamilə vacib müvəqqəti tədbir” adlandırıb və bir milyon uşağın “potensial olaraq kəskin qida çatışmazlığından əziyyət çəkdiyini” sözlərinə əlavə edib. "Bu maliyyələşmə olmadan gələcək də olmayacaq. Bunu etmək lazımdır, əks halda xaricə axın olacaq, əziyyətlər artacaq", - o deyib. BMT toplanan vəsaitdən Talibanın de-fakto hökumətini dəstəkləmək üçün istifadə edilməyəcəyini və bunun əvəzinə "birbaşa tibb bacılarının və tibb işçilərinin ciblərinə" gedəcəyini bildirib. Mətbuat konfransında çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi isə hazırda qonşu ölkələrdə yaşayan əfqan qaçqınları üçün sığınacaq, qida və əsas xidmətlər təmin etməyə çalışan 40 təşkilat üçün 5 milyard dollarlıq ümumi müraciətin bir hissəsi olan 623 milyon dollar (550 milyon avro) maliyyə ehtiyacı haqda danışıb. "Bu böhranın qonşu ölkələrdə bir çox fərqli şərtlərlə qalan əfqan qaçqınları ilə təmsil olunan regional ölçüsü var" Qrandi deyib. Onun sözlərinə görə, 623 milyon dollar "qonşu ölkələri dəstəkləmək üçün resurslara" yönəldiləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun