ABŞ-ın Kansas əyalətindən paytaxt Vaşinqtona səyahət edən bir nəfər prezident Co Baydeni təthdid etməsi səbəbilə saxlanılıb. Məhkəmə sənədlərinə görə, Scott Merryman adlı kansaslı bir nəfər sosial şəbəkələrdə yazıb ki, Allah ondan paytxta gedib, dövlətin başındakı ilanın başın kəsməsini istəyib. Paylaşdığı postlarda Baydenı "dəccal" adlandıran Scott Merryman qeyd edib ki, Bayden başından ölümcül zərbə alacaq və o ölümcül zərbəni İsanın şəninə vuracam. Xüsusi Xidmət Orqanları tərəfindən paytaxt Vaşinqtonda tutulan Merrymanın üzərində silah olmasa da, güllə və durbin aşkar edilərək götürülüb. O, 1 yanvarda "Prezidenti təhdid etmək" ittihamı ilə hakim qarşısına çıxarılacaq.