Baş Prokuror Polad Aslanovun xanımını qəbul edib: "İşə ədalətli baxılacağını vəd etdi"

Baş Prokuror Polad Aslanovun xanımını qəbul edib: "İşə ədalətli baxılacağını vəd etdi"
19 Yanvar 2022
Mətni dəyiş

Həbsdə olan jurnalist Polad Aslanovun xanımı Gülmirə Aslanova baş prokuror Kamran Əliyevlə görüşüb. 

Aslanova bundan əvvəl prokurorluq qarşısında görüş tələb etdiyi üçün saxlanılmışdı.

Kamran Əliyevlə görüşən Aslanova deyir ki, ona işə ədalətli və obyektiv baxılacağı haqda vəd verilib: "Baş prokuror dedi ki, fevralın 3-də Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən prokurorluğun nümayəndəsi də iştirak edəcək. O vəd etdi ki, işə ədalətli və obyektiv baxılacaq ", - Aslanova deyib.

Bu arada Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun aclıq keçirməsilə bağlı onun vəziyyətindən narahatlığını bildirib.

"Azərbaycanda həbsdə olan jurnalist Polad Aslanovun ədalətsiz hökmə və Ali Məhkəmədə şikayətə baxılmasının 9 ay gecikdirilməsinə etiraz olaraq keçirdiyi aclığın 12-ci günündə çəkisi 42 kiloqrama qədər azalıb. Azərbaycan hakimiyyəti Polad Aslanovu dərhal azad etməlidir.”,- təşkilatın Tvitter hesabındakı məlumatda bildirilir.

Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir. Ali Məhkəmə Polad Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun