BƏƏ hökuməti peyvənd olunmayan vətəndaşların ölkəni tərk etməsini qadağan edib

BƏƏ hökuməti peyvənd olunmayan vətəndaşların ölkəni tərk etməsini qadağan edib
3 Yanvar 2022
Mətni dəyiş

Birləşmiş Ərəb Əmirlikləri 10 yanvardan etibarən koronavirus (Covid-19) əleyhinə peyvənd vurdurmayan vətəndaşların ölkədən çıxışını qadağan edib. 

2 doza peyvənd olunan şəxslərin də ölkədən çıxa bilməsi üçün 3-cü doza vacib olacaq.

Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə açıqlamasında qeyd olunur ki, qadağalar peyvənddən tibbi baxımdan azad olan, eyni zamanda müalicəvi və ya humanitar səfərlər edən şəxslərə şamil edilməyəcək.

Birləşmiş Ərəb Əmirliklərinin koronavirusla bağlı həyata keçirdiyi tədbirlər dünyada ən sərt tədbirlərdən hesab olunur.

BƏƏ-də koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 29-da qeydə alınıb. Daha sonra yoluxma hallarında sürətli artımlar qeyd olunub və Ərəb Əmirlikləri höküməti epidemiya ilə mübarizə çərçivəsində sərt qapanmalara gedib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun