AZAL-ın Almatıya reysləri ləğv olunub, Azərbaycanın Qazaxıstandakı səfirliyi ölkədəki azərbaycanlılara müraciət edib

AZAL-ın Almatıya reysləri ləğv olunub, Azərbaycanın Qazaxıstandakı səfirliyi ölkədəki azərbaycanlılara müraciət edib
6 Yanvar 2022
Mətni dəyiş

"Azərbaycan Hava Yolları" (AZAL)  şirkəti Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edib.

Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilirdi. Bununla bərabər, Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

Müraciətdə deyilir ki, əziz vətəndaşlarımız, bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun