Avropa Məhkəməsi Nikol Paşinyanın Ermənistanla bağlı şikayəti üzrə qərarını elan edib

Avropa Məhkəməsi Nikol Paşinyanın Ermənistanla bağlı şikayəti üzrə qərarını elan edib
18 Yanvar 2022
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistana qarşı işi üzrə qərarını elan edib.

Bu barədə hüquqşünas Xalid Ağəli məlumat verib.

Xalid Ağəlinin sözlərinə görə, AİHM hesab edib ki, Paşinyanın azadlıq və toxunulmazlıq, eləcə də birləşmək hüququna müdaxilə baş verib, ancaq Baş nazir tələb etmədiyindən, məhkəmə təzminat müəyyən etməyib.

Bu məhkəmə işi 2007-ci ildə Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan-ın seçki kampaniyasında aktiv iştirakına görə Paşinyana cinayət işi açılması, saxlanılması, azadlıqdan məhrum edilməsi ilə bağlı olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun