24 Yanvar 2022
Mətni dəyiş
Avropa İttifaqı Ukraynaya ölkədəki münaqişə ilə bağlı 1,2 milyard avro ayırmağa hazırlaşır. Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.
O qeyd edib ki, Aİ Şurası və Avropa Parlamenti yaxın gələcəkdə yeni yardım paketini təsdiq edəcək.
Bundan əlavə, Avropa Komissiyası Ukraynanın “modernləşdirilməsi səylərini dəstəkləmək üçün” daha bir mikromaliyyə dəstəyi paketi hazırlamağa başlayacaq.
Fon der Leyenin sözlərinə görə, Avropa Komissiyası 2022-ci ildə Kiyevə maliyyə yardımını ikiqat artıracaq, həmçinin Ukrayna iqtisadiyyatına investisiyaları artıracaq. "İkincisi, Avropa Komissiyası bu il Ukraynaya qrantlar üzrə ikitərəfli yardımını demək olar ki, iki dəfə artıracaq: 120 milyon avro ayrılacaq. Nəhayət, biz bu ölkənin gələcəyinə sərmayə qoymağa davam edəcəyik. Planımız 6 milyard avrodan çox investisiyadır”, deyə o əlavə edib.
Avropa Komissiyasının rəhbəri xatırladıb ki, Avropa İttifaqı, ona üzv dövlətlər və qurumlar 2014-cü ildən bəri Ukraynaya artıq 17 milyard avrodan çox yardım ayırıb.
Yanvarın 21-də Ukrayna prezidenti Vladimir Zelenski Avropa Komissiyasının rəhbəri ilə telefon danışığı aparıb və fon der Leyenə Ukraynanın “suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə görə” təşəkkür edib.
Bu arada, Ukrayna Qərb ölkələrindən hərbi yardım almağa davam edir. Belə ki, Amerikanın “Javelin” tank əleyhinə sistemləri Ukrayna tərəfdən Donbass ərazisində peyda olub, lakin hələlik təmas xəttində deyil.
Bundan əlavə, Polşa və Ukrayna hökumətləri Ukrayna tərəfinə silah tədarükü məsələsini müzakirə edirlər.