ATƏT Qazaxıstanda xalqla hökuməti dialoqa çağırır

ATƏT Qazaxıstanda xalqla hökuməti dialoqa çağırır
5 Yanvar 2022
Mətni dəyiş

ATƏT Qazaxıstan xalqı ilə hökumətin dialoqa səsləyib.  Bu barədə məlumat qurumun saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, ATƏT əmindir ki, zorakılıqla nəticə əldə etmək mümkün olmayacaq. "Tərəfləri gərginliyi azaltmağa və dialoqa başlamağa çağırırıq”, - deyə qurumun mövqeyində qeyd olunub.

Yeni ilin ilk günlərində Qazaxstanın Manqistanausk əyalətinin (ölkənin qərbində əsas neft sənayesi bölgəsi) Aktau və Janaozen şəhərlərinin sakinləri mitinqlər başladıb. Onlar qaz qiymətlərinin ikiqat bahalaşmasına etiraz ediblər. Sonrakı günlər etiraz dalğası ölkənin bir çox əyalət və şəhərlərinə yayılıb.

Prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib, əhalini ictimai asayişi pozmamağa çağırıb və situasiyanı nəzarət altına almaq üçün hökumət komissiyası yaratmağı tapşırıb. Həmçinin yanvarın 5-i gecə saatlarında ölkə Prezidenti Manqistanausk əyalətində və Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edib. Alma-Ata şəhərinin giriş və çıxışlarının bağlandığı, həmçinin ölkədə sosial şəbəkələrin fəaliyyətinə məhdudiyyətlər qoyulduğu bildirilir.

Hazırda ölkənin bütün şəhərlərində kütləvi nümayişlər, mitinqlər keçirilir, etirazçılar bəzi şəhərlərdə hökumət binalarını ələ keçirib.

Məlumata görə, yüzlərlə etirazçı polis tərəfindən saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun