Əfqanıstanın keçmiş prezidenti ABŞ-ı ittiham edib

Əfqanıstanın keçmiş prezidenti ABŞ-ı ittiham edib
3 Yanvar 2022
Mətni dəyiş
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni cihadçı terror təşkilatı Talibanın nəzarətinə keçən ölkədən qaçdıqdan 4 ay sonra ilk müsahibəsini verib. Qəni açıqlamalarında ölkəsindəki Respublika rejiminin süqutuna görə ABŞ və digər Qərb güclərinin məsuliyyət daşıdığını iddia edib. BBC-yə danışan Qəni milli təhlükəsizlik müşaviri Həmdullah Muhib və çökməkdə olan Prezidentin Təhlükəsizlik Komandanlığı tərəfindən helikopterlə Kabildən qaçırıldığını bildirib. Taliban Qəninin qaçışından əvvəl açıq şəkildə Əfqanıstana nəzarət etmək yolunda idi və kənardan yardımın bir müddət davam edə biləcəyi bir devolvasiyaya ümid edirdi. Lakin Qəninin qaçması planlaşdırılan hökumətin qurulmasını və yardımı alt-üst edib. Talibanın əlində olan Əfqanıstan bu gün aclıq həddindədir. İqtisadiyyatı üçdə birdən çox kiçilib, təhsil və səhiyyə xidmətlərinə ağır zərbə vurulub. Müsahibədə "Sizi lider kimi ittiham edən Əfqanıstan xalqına nə demək istərdiniz?" sualına Qəni “Mənim ən böyük səhvim Əfqanıstanın müttəfiqlərinə güvənmək olub” şəklində cavab verib. “Beynəlxalq tərəfdaşlara güvənirdim və bu yolla getdim, onlar məni günahlandırmaqda çox haqlıdırlar”, - deyən Qəni beynəlxalq güclərin səbrinin davam edə biləcəyini düşünməklə böyük səhv etdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun