“Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə ilk dəfə "Zəfər tarixi" fənni tədris ediləcək”.
Bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.
Nazir bildirib ki, bu fənn tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində 1 saat keçiriləcək: "Burada tək 44 günlük dövrü deyil, bu günə qədər olan tariximizi gənclərə çatdıracağıq".