29 Sentyabr 2021
Mətni dəyiş
ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airlines” Covid-19 vaksini vurdurma şərtindən imtina edən təxminən 600 nəfəri işdən azad edəcəyini açıqlayıb.
Şirkət rəsmiləri vaksinasiyanı rədd edən işçi sayının 593 nəfər olduğunu qeyd edib. Açıqlamada deyilib ki, peyvənd vurdurmamağa qərar verənlər üçün siyasətləri bəllidir: onlar hava yolu şirkətindən xaric ediləcəklər.
Digər tərəfdən, şirkətin rəhbərliyi vaksinasiya tələbindən tibbi və dini baxımdan azad olan iki min işçisinin olduğunu da açıqlayıb. Kompaniyanın ümumilikdə 67 min işçisinin 3 faizini təşkil edən bu qrupla bağlı fərqli siyasət üzərində çalışıldığı vurğulanıb.
Hava yolu şirkəti avqust ayının əvvəlində bütün işçilərinə peyvənd vurdurmaq və vaksinasiya kartlarının sistemə yüklənməsi barədə tapşırıq verib.