Ukrayna Prezidenti Vladimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə səhər saat 10:00 radələrində paytaxt Kiyevdə Lesniki bölgəsində baş verib.
“Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - məlumatda bildirilib.
UNN-in məlumatına görə, S.Şefirin avtomobilinə 12 güllə dəyib. Bildirilib ki, hadisəni bir neçə şəxs törədib, Ukrayna hüquq mühafizə orqanları həmin şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri həyata keçirir.