Türkiyənin koronavirusa qarşı hazırladığı “Turkovac” peyvəndi sinaqlarının üçüncü mərhələsi bu ölkəylə yanaşı Qırğızıstanda da keçiriləcək.
"Anadolu Agentliyi" xəbər verir ki, müvafiq açıqlama ilə Bişkek səfərindən qayıdan Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay çıxış edib.
O, Qırğızıstan prezidenti Sadır Japarovla müvafiq məsələ barəsində razılıq əldə edildiyini bildirib.
Prezident köməkçisinin sözlərinə görə, hazırda Azərbaycan, Pakistan, Polşa, Argentina və Kolumbiya kimi bir çox ölkələrdə də preparatın sınaqlarının təşkili barədə danışıqlar aparılır.