Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, qısa məsafə və tıxac səbəbindən sərnişin götürməkdən imtina edən taksi şoferləri əgər bu istəklərində israrlı olsalar, onlarla bağlı hüquqi tədbirlər görüləcək.
Türkiyənin 81 bələdiyyəsinə xəbərdarlıq göndərən nazirlik bildirib ki, bu halda sərnişinlər zərərçəkmiş hesab olunacaq.
Sənəddə qeyd olunub ki, son dövrlər böyük şəhərlər də daxil olmaqla bir çox şəhərlərdə tıxac və qısa məsafə səbəbindən taksi şoferləri səfərlərdən imtina edirlər və bununla bağlı yüzlərlə şikayət daxil olur.
Bildirilib ki, bu hal turistləri və yerli əhalini çətin vəziyyətə salır, hətta mübahisələr olduqca ictimai asayışın pozulması hallarının da artmasına səbəb olacaq.
Sənəddə bildirilib ki, qısa məsafə və tıxac səbəbindən sərnişinlərin daşınmasından imtina halı baş verərsə və bununla bağlı şikayət daxil olarsa, sərnişin zərərçəkmiş hesab olunacaq. Bununla bərabər, əgər taksi şoferləri daşımamaqda israrlı olsalar, onlarla bağlı hüquqi tədbirlər görüləcək. Polis bu kontekstə bütün məlumatları əlaqədar dövlət qurumlarına və mətbuata verəcək.