Türkiyə Əfqanıstandakı humanitar böhranla mübarizə üçün kollektiv beynəlxalq tədbirlərə çağırıb. Dünyada ən çox qaçqına ev sahibliyi edən Türkiyə bu çağırışı ilə daha sığınacaq verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli toplantısında çıxış edən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Əfqanıstandan milyonlarla insanın didərgin düşdüyünü və humanitar böhranla üzləşdiyini, buna görə də indi kollektiv hərəkət etməyin vaxtının gəldiyini deyib.
"Əfqanıstandaki humanitar və təhlükəsizlik böhranının bütün dünyaya birbaşa təsiri olacaq. Odur ki, indi birlikdə hərəkətə keçməliyik" - deyə o, bildirib.
[caption id="attachment_85911" align="alignnone" width="1280"]
Mövlud Çavuşoğlu[/caption]
Türkiyə rəsmiləri Əfqanıstandan qaçanların Avropaya keçmək üçün Türkiyə ərazisindən keçmələrindən qorxur.
Keçən həftə Türkiyəyə dörd günlük səfər edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Suriyadakı vətəndaş müharibəsindən qaçan dörd milyona yaxın qaçqını qəbul etdiyi üçün ölkəni tərifləyib.
[caption id="attachment_102644" align="alignnone" width="1280"]
Filippo Qrandi[/caption]
Avropa İttifaqı ilə bağlanan müqaviləyə əsasən Türkiyə suriyalıları qəbul etmək üçün milyardlarla dollar yardım alır. Avropa İttifaqının bəzi liderləri qaçqınların doğulduqları yerlərə ən yaxın regionda yerləşdirilməli olduqlarını iddia edərək, bu müqaviləyə əfqanların da əlavə olunmasını təklif edir.
Lakin Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) partiyası hökumətin qaçqın siyasətini kəskin şəkildə tənqid edir.
"Bu, idarəçiliyin bacarılmamasıdır. Bu, sadəcə olaraq Türkiyə ilə Avropa İttifaqı arasındakı bir əməliyyatdır. Onlar sadəcə olaraq Türkiyəyə bir qədər maddi yardım edərək, Avropaya qaçqın axınını dayandırmaq istədi" - Cümhuriyyət Xalq Partiyasından millət vəkili Ünal Çeviköz bildirib.
[caption id="attachment_108549" align="alignnone" width="1920"]
Ünal Çeviköz[/caption]
Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Türkiyə ilə qaçqın müqaviləsi barədə danışmaq üçün keçən həftə Ankaraya səfər edib. Ankara bir daha qaçqın qəbul edə bilməyəcəyini israr edir və Avropa İttifaqını bu yükü bölüşməyə çağırır.