27 Sentyabr 2021
Mətni dəyiş
“Telegram” messencerinin təsisçisi Pavel Durov Rusiya parlamentinə seçkilər ərəfəsində “Smart səsvermə” botunun bloklanmasının səbəbini izah etmək məqsədilə daha bir post yazıb.
Durovun sözlərinə görə, messencer təkbaşına fəaliyyət göstərmir və seçki ərəfəsində Navalnının tətbiqini bloklayan Apple, Google kimi digər kompaniyalardan asılıdır və onların qoyduğu qaydalara riayət etməlidir. Əks halda messencer iOS və Android istifadəçiləri üçün əlçatmaz ola bilər.
“Telegram” müxtəlif ölkə hakimiyyətlərinə ilk müqavimət göstərənlərdəndir və lazım gələrsə onlarla döyüşə də girə bilər”, deyə Durov vurğulayıb. Bununla yanaşı, o iddia edib ki, ötən həftəsonu müharibənin başladılması üçün uyğun zaman deyildi.
“Hakimiyyətin bu tələbi “kontitusiyaya zidd olmayıb”
Durov “Telegram”-da yayımladığı postda həmçinin seçki günü təbliğatın qadağan edildiyi Rusiya qanunvericiliyi barədə də xatırladıb. “Telegram”-ın təsisçisi qeyd edib ki, onu fikrincə, hakimiyyətin bu tələbi “kontitusiyaya zidd olmayıb”.
“Siyasi partiyanın seçkilər başlayandan sonra iki gün artıq kampaniya keçirməsi üçün Telegram”-ın bütün rusiyalılara bloklanmasına yol vermək aydın bir qalibiyyət strategiyası olmadan şahmat oyununda vəziri piyada üçün qurban vermək kimidir. Mənim üçün “Telegram”-ın milyonlarla istifadəçisinin marağı həmişə istənilən siyasi gücün marağından daha vacib olacaq”, Durov yazıb.
Pavel Durov sentyabrın 18-də bildirib ki, “Telegram” Rusiyada seçkilərin sonunadək seçkiöncəsi təbliğatla bağlı olan bütün botların işini məhdudlaşdıracaq. Nəticədə “Smart səsvermə” botu da bloklanıb. Durov öz teleqram kanalında əlavə edib ki, Rusiyada seçkiqabağı kampaniyalar bitib və “sükut günü” başlayıb. Hərçənd çox günlük səsvermə zamanı heç bir “sükut günü” olmur.
“Apple” Roskomnadzorun tələbini yerinə yetirib, “Google” isə təhdid edilib
Seçkilərdən əvvəl “Apple” və “Google” öz onlayn mağazalarından rus istifadəçilər üçün nəzərdə tutulan “Navalnı” tətbiqini siliblər. Tətbiqdə “Ağıllı səsvermə”-ni tövsiyyə edən paylaşımlar edilirdi. “Apple” şirkəti qeyd edib ki, Roskomnadzorun tələbini yerinə yetirib. Tələbə əsasən, Rusiyada ekstremist elan edilən təşkilatın məzmunlarını paylaşmaq qadağandır. Gizli mənbələrə istinad edən KİV yazırdı ki, “Google” Rusiyada əməkdaşlarına qarşı cinayət işinin açılacağı ilə bağlı təhdidlərdən sonra tətbiqi silməli olub.
Hazırda Vladimirskiy vilayətinin bir koloniyasında həbs cəzasını çəkən Aleksey Navalnının Instagram səhifəsində IT şirkətlərin və Durovun addımlarına cavab olaraq yeni yazı yayımlanıb. Siyasətçi yazıda “Apple” və “Google” rəhbərliyini, həmçinin “Telegram” messencerinin təsisçisini tənqid edib. Navalnı qeyd edib ki, o, həddən artıq məyus olub.
Daha əvvəl Baş Prokurorluq Navalnının strukturlarını ekstremist təşkilat elan edib və onların fəaliyyətinə ölkədə qadağa qoyub.