Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətini bütünlüklə nəzarəti altında aldığını elan edib.
Bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.
“Əfqanıstanın Pəncşir vilayəti tamamilə tutulub və hərəkatın nəzarətinə keçib”, - o qeyd edib.
Ancaq Pəncşir vilayətində toplaşan anti-Taliban qüvvələri xəbəri təkzib edib. Əhməd Məsud Talibanın bu açıqlamasının yalan olduğunu, müqavimətin davam etdiyini bildirib. Tacik lider bildirib ki, bu açıqlamalar "Taliban"ın propaqandasıdır.Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplaşıb.