“Taliban” sözçüsü Zabiullah Mücahid yeni Əfqanıstan hökumətində qadınlara da yer ayrılacağına söz verib.
Bu barədə məlumatı BFMTV yazıb.
“Qadınlar üçün şəriət qanunlarına uyğun vəzifələrimiz olacaq. Bu, başlanğıcdır, ancaq qadınlar üçün bir yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq”, - deyə Mücahid bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ölkəni idarə etməkdə iştirak tələbi ilə Kabildə qadınlar etiraz aksiyası keçirmişdilər.