Sudanda bir qrup zabit hərbi çevrilişə cəhd edib.
Sudanın dövlət televiziyasının yaydığı məlumata görə, çevriliş cəhdi uğursuz olub və 40 hərbi qulluqçu həbs edilib. Paytaxtın Umduman bölgəsindəki hərbi hissədə hərbi texnikanı ələ keçirən hərbçilərin hücum cəhdlərindən sonra dövlət televiziyasından və radiolardan xalqa dövləti dəstəkləmək çağırışları edilib.Sudanın Təhlükəsizlik Şurasının sözçüsü Muhammed Əl Faki Süleyman durumun nəzarət altında olduğunu, cəhdin qarşısının alındığını bildirib.
2018-ci il dekabrın 19-da etirazlara baxmayaraq, hakimiyyətə gələn Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşir 2019-cu ildə devrilmişdi.