Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.
Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.
Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib.
Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.
Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib.
“Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika və Gürcüstan hüquqşünasları təmsil edir.
Nona Qaprindaşvili qadınlar arasında beşinci dünya çempionudur. O, bu titulu 16 il (1962-1978) daşıyıb. O, həm qadınlar (1976), həm kişilər (1978) arasında beynəlxalq qrossmeyster titulunu qazanan ilk qadın şahmatçıdır.