Rusiyada universitetə silahlı basqın olub

Rusiyada universitetə silahlı basqın olub
20 Sentyabr 2021
Mətni dəyiş

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub. 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Silahlı hücumu həyata keçirən şəxs saxlanılıb. Onun 18 yaşlı bir gənc olduğu bildirilir. Rusiya hüquq mühafizə orqanlarındakı mənbə məlumatı Lenta.ru-ya təsdiq edib.

Məlumata görə, o, uzun müddətdir hücumu planlayıb və bunun üçün bütün prosedurları keçərək, silah alıb. O, birinci özünün keçmişdə təhsil aldığı universitetə hücum planlaşdırsa da, sonradan Rusiyanın Perm Dövlət Universitetini seçib.

Məlumata görə, o, hücumdan əvvəl bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun