Rusiya Müdafiə Nazirliyinin hərbi mütəxəssislərindən ibarət nümayəndə Ermənistandadır. Nümayəndə heyətini sentyabrın 3-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan qəbul edib. Bu haqda “Azadlıq radiosu”nun erməni xidməti məlumat yayıb.
Nazirlik bildirir ki, rusiyalı hərbçilər Ermənistan-Rusiya arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında növbəti danışıqlar və müzakirələr aparmağa gəliblər.
O da qeyd olunur ki, Rusiya nümayəndə heyətinin rəhbəri, general-mayor Valeriy Jilan Ermənsitanın müdafiə nazirinə görüləcək işlərin istiqaməti və həcmi haqda məlumat verib, Arşak Karapetyan isə ölkəsi üçün mühüm önəm daşıyan məsələlər haqda danışıb.
Rəsmi məlumatda müzakirə edilən məsələlərin əhatəsi dəqiqləşdirilmir, nazirlikdən bununla bağlı məlumat almaq mümkün olmayıb.