27 Sentyabr 2021
Mətni dəyiş
Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyədə danışıqlar üçün platforma yaratmağı planlaşdırır.
Bu barədə Gürcüstan baş naziri İrakli Qaribaşvili bazar ertəsi keçirilən brifinqdə bildirib.
O xatırladıb ki, Gürcüstan iyunda saxlanılmış 15 erməni əsgərin azad edilməsinə, həmçinin Qarabağda minalanmış sahələrin xəritələrinin Azərbaycana təhvil verilməsinə yardım edib.
"Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün biz qardaşımız olan dövlətlərə, azərbaycanlı və erməni qardaşlarımıza Tiflisdə yaratmaq niyyətində olduğumuz bu platforma vasitəsi ilə vasitəçilik təklif edirik ki, bu təşəbbüs daimi olsun", deyə "Sputnik-Gruzia" Qaribaşvilidən sitat gətirir.