Belçika hökuməti ölkədə ailədaxili zorakılıq və qadın cinayətlərinin qarşısını almaq məqsədilə birlikdə olduğu qadını öldürənlərin ömürlük həbs cəzasına məhkum edilmələrini istəyir.
Ədliyyə naziri Vinsent Van Kuikenborn qəsdən olmasa da, partnyorunu öldürənlərə ən ağır cəzanın verilməsi təklifinin hökumətin hazırda üzərində işlədiyi cəza qanunu islahatına daxil edilməsini istəyib
[caption id="attachment_108648" align="alignnone" width="2560"]
Vincent Van Quickenborne[/caption]
Belçikada hər ay təxminən iki qadın ailədaxili zorakılıq nəticəsində həyatını itirir.
Polis məişət zorakılığı mövzusunda hər il 40 minə yaxın şikayət alır.
Leuven Universitetinin Müəllimlər kollektivinin üzvü Enn Qroenenə görə, məişət zorakılığı Belçikada ən geniş yayılan sosial problemlərdən biridir.
[caption id="attachment_108649" align="alignnone" width="1280"]
Anne Groenen[/caption]
Ölkədə qadın cinayətləri mövzusunda sağlam rəsmi statistika yoxdur, amma "Femisidi dayandırmaq üçün Fəaliyyət Qrupu"na görə, Belçikada sadəcə ötən il 24 qadın həyat yoldaşları tərəfindən öldürülüb.
Belçika ədliyyə naziri Vinsent Van Kuikenborn buna görə ölümlə nəticələnən ailədaxili zorakılıqla bağlı cəza həddini yüksəltməyi planladıqlarını açıqlayıb.
Qadına qarşı zorakılığın müzakirə edildiyi "Pano" adlı proqramda danışan belçikalı nazir məişət zorakılığının ağırlaşdırıcı faktor olaraq cəza qanununa daxil edilməsi gərəktiyini söyləyib.
Van Kuikenborn qadına qarşı zorakılıq və cinayətlərin qarşısını almaq məqsədilə hazırlanan plan çərçivəsində həyat yoldaşını, yaxud partnyorunu öldürənlərə ömürlük həbs cəzası verilməsini istədiklərini açıqlayıb.
Bu təklifin hökumətin hazırda üzərində çalışdığı cəza qanununa daxil edilməsini tələb edən Belçika ədliyyə naziri qəsdən olmasa da həyat yoldaşını və ya partnyorunu öldürən hər kəsə ömürlük həbs cəzası verilməsinin vacibliyini vurğulayıb.
Belçikada insan qətllərinə verilən ən yüksək həbs cəzası həddi 30 ildir. Van Kuikenbornun fikrincə, cəza həddinin artırılması və həyat yoldaşı, yaxud partnyorlarını öldürənlərin ömürlük həbslə cəzalandırılması belə qətllərə maneə yaradacaq və ölümcül nəticələrin böyük ölçüdə qarşısını ala biləcək.