Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
S.Şərifov Azərbaycanın maliyyə naziridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur. Prezidentin digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.