Polşa-Belarus sərhəddində qanunsuz miqrantların sayının çoxalmasından sonra iki ölkə arasında diplomatik gərginlik artıb.
Polşa rəsmiləri sərhəddin Polşaya düşən tərəfində 3 nəfərin ölü tapıldığını açıqlayıb, ancaq ölüm səbəblərinin hələ dəqiq bilinmədiyi qeyd olunub.
Polşa polisi deyib ki, Belarus ərazisində də bir qanunsuz miqrant ölüb.
Polis ölümlərin necə baş verdiyini söylməsə də, bildirib ki, qanunszu miqrantlar arasında ciddi böyrək çatışmazlığı problemi yaşanır və bəzi miqrantlar baatqlıqda ölməkdən xilas ediliblər.
Polşanın baş naziri Mateusz Moraviecki bildirib ki, sentyabrda 4 min, son iki ayda ümumilikdə 7 min şəxs qanunsuz yollarla Polşaya keçməyə cəhd edib. Nazir bütün bunlarda rəsmi Minski günahlandırıb.
Avropa Birliyi də Belarusu İraq və Əfqanıstandan olan insanların Polşaya keçməyə təşviq edilməsində ittiham edib.