Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırır.
Reuters bildirir ki, müvafiq qərar sentyabrın 25-dən qüvvəyə minir.
Ölkənin Baş naziri Erna Solberqin sözlərinə görə, bundan sonra sosial məsafə saxlamaq tələb olunmayacaq, gecə klubları və restoranlar sərbəst şəkildə fəaliyyət göstərə biləcəklər.
Norveçdə əhalinin 76%-i bir, 67%-i isə hər iki doza ilə vaksinasiya olunub.