"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.
24 yaşlı yarımmüdafiəçi hazırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsindədir.
Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.
"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələyə münasibət bildirib: "Qvineyadakı çevrilişdən sonra Mamadu Kanenin qayıdıb-qayıtmayacağı və necə qayıdacağı ilə bağlı məlumatımız yoxdur. Nəsə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".
Müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan oyunçu icarə əsasında "ağ-qaralar"da çıxış edir.