Navalnının seçki tətbiqi Google və Apple platformalarından silinib

Navalnının seçki tətbiqi Google və Apple platformalarından silinib
18 Sentyabr 2021
Mətni dəyiş
Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnının "Ağıllı səsvermə" adlı mobil tətbiqi cümə günü başlayan səsvermə fonunda Apple və Google platformalarından silinib. "Navalnı tətbiqinin mağazalardan çıxarılması siyasi senzuranın biabırçı hərəkətidir" deyə müttəfiqi İvan Jdanov "Twitter" səhifəsində yazıb. Tətbiq Navalnı tərəfdarlarına Kreml ilə əlaqəli olmayan siyasətçilərdən hansı namizədi dəstəkləməli olduqlarını izah edirdi. Rusiya Google və Apple-ı seçkilərə müdaxilə etməkdə günahlandıraraq, bu həftənin əvvəlində tətbiqin mağazalarından silmələrini tələb edib. Navalnının sürgündəki müttəfiqi Leonid Volkov şirkətlərin "Kremlin şantajlarına boyun əydiyini" bildirib. "Biz bütün Rusiya hakimiyyəti və üstəlik texnologiya şirkətləri ilə üz-üzəyik", deyə o Telegramdan bildirib. Navalnının həbsdən göndərdiyi mesajında tərəfdarlarını qarşıdakı seçkilərdə prezident Vladimir Putinin hakim Vahid Rusiya partiyasından olan namizədlərlə mübarizədə kimə səs vermələri üçün yol göstərirdi. Səsvermə ərəfəsində onun komandası rusiyalı seçicilərə Kommunist Partiyasının namizədlərini dəstəkləmək çağırışı edib. Navalnı ötən il zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan Rusiyaya geri döndükdən sonra yanvar ayında həbs olunub. Bir çox tərəftarları isə ölkədən getmək məcburiyyətində qalıb. Rusiyanın media tənzimləyicisi Navalnı ilə əlaqəli onlarla veb saytı, o cümlədən navalny.com saytınının ölkədə fəaliyyətini qadağan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun