Rusiyanın müxalif siyasətçi Aleksey Navalnı "Ağıllı Səsvermə" tətbiqini blokladıqları üçün 'Google', 'Apple', 'YouTube' və 'Telegram' şirkətlərini tənqid edib.
Navalnı 'Apple' və 'Google' nəhənglərinin Kremlin tələblərinə uyğun olaraq, tətbiqi sildiyini bildirib. O, səhifəsində Putinin "ekstremist" hesab etdiyi proqramlarda yalnız bölgələrdəki müxalifət namizədlər haqda məlumatlar verilirdiyini deyib.
"Son seçkilərdə məni nəticələri saxtalaşdıran Putin yox, qüdrətli 'Big Tech'in ona itaət etməsi təəccübləndirdi.
'Apple' və 'Google' nəhəngləri Kremlin tələblərini yerinə yetirərək tətbiqimizi sildi. Sevdiyim 'YouTube' videomuzu sildi və 'Telegram' messenceri botumuzun işinə mane oldu. Putinin "ekstremist" adlandırdığı bu proqramlarda yalnız seçki dairələrindəki müxalif namizədlər haqqında məlumatlar var idi.
Qanuna və sağlam düşüncəyə görə, hər birimizin kiməsə səs verməyə (və ya səs verməməyə) çağırmaq haqqımız var.
"'Big Tech' avtoritar oğrunun interneti ələ keçirməsinə razı oldu"
Bizim vəziyyətimizdə hakim partiyanı sıxışdırmaq üçün seçiciləri istiqamətləndirmək niyyəti cinayət elan edildi və 'Big Tech' bununla razılaşdı. Beləliklə, 'Big Tech' avtoritar bir oğrunun İnterneti ələ keçirib öz alətinə çevirməsinə, özünə tabe etməsinə razı oldu.
İnternetin möhkəm həyat prinsipləri olan, azadlıqsevərlər tərəfindən idarə olunması bir şey, eyni zamanda sükan arxasında qorxaq və acgöz olanların olması tamamilə başqa bir şeydir.
Müasir dövrün çətinliklərindən biri də budur ki, yalançı peyğəmbərlər indi bizə qoyun dərisində deyil, müasir gödəkçə və dar cins şalvarda gəlir. Nəhəng ekranların fonunda bizə "dünyanı daha yaxşı bir yer halına gətirməyi" tövsiyə edir, amma içləri yalan və mənfurluqla doludur.
Mətbuat yazır ki, Kreml 'Big Tech'i həbs ediləcək işçilərinin siyahısını göstərərək təhdid edib. Əgər belədirsə, bu barədə susmaq ən ağır cinayətdir. Bu, girov götürən terrorçunu təşviq etməkdir.
"'Google', 'Apple' və digər şirkətlərdə işləyənlərin çoxunun vicdanlı və yaxşı insanlar olduğunu bilirəm və müdirlərinin qorxaqlıqlarına baş əyməməyə çağırıram" - deyə, Navalnı yazıb.
"Kiminsə öz prinsiplərinə xəyanət etməsi bizim özümüzdən şübhələnməyimiz demək deyil"
Navalnı ayrıca olaraq “Putinin blokçuları” siyahısında görəcəyini gözləmədiyi "Pavel Durov barədə çox üzüldüyünü və məyus olduğunu" qeyd edib. Siyasətçi bir neçə il əvvəl Rusiyada 'Telegram'ın bloklanmasına qarşı keçirdiyi mitinqdə necə danışdığını xatırladıb və lazım gələrsə, bunu bir daha təkrarlayacağını vurğulayıb.
"Kiminsə öz prinsiplərinə xəyanət etməsi bizim özümüzdən şübhələnməyimiz demək deyil", deyə Navalnı əlavə edib.
Dövlət Duması seçkilərdən əvvəl Apple və Google-dan Navalnı və"Ağıllı Səsvermə" tətbiqlərinin 'App Store' və 'Google Play'dən silinməsini tələb edərək, bunun "Rusiya seçkilərinə müdaxilə" kimi qiymətləndiriləcəyini bildirib. Sonradan məlum olub ki, Google Docs (Sənədlər) Xidməti "Ağıllı Səsvermə" tərəfindən tövsiyə edilən namizədlərin siyahısı olan iki sənədi bloklayıb.
Telegram da hər seçki məntəqəsi üçün “Ağıllı səsvermə” namizədlərinin siyahısını göstərən botu blok edib. Şəbəkənin qurucusu Pavel Durov bunu seçkilərdən əvvəl "sükut günü" ənənəsi ilə izah edib. Hərçənd Rusiyada çox günlük səsvermə zamanı sükut günü ləğv edilib.